İsrailin hücumları nəticəsində daha bir jurnalist həyatını İTİRDİ
İsrailin Qəzza zolağında davam edən hücumları nəticəsində Əl-Əqsa televiziyasında işləyən jurnalist Məhəmməd Tanani həyatını itirib.
Redaktor.az xəbər verir ki, Qəzza Hökumətinin Media Ofisi, Cibaliya Qaçqınlar Düşərgəsinə edilən hücumları işıqlandıran Əl-Əqsa televiziyasında çalışan jurnalist Məhəmməd Tananinin İsrailin hücumu nəticəsində həyatını itirdiyini açıqlayıb.
Qəzza zolağının şimalında İsrail qüvvələri Qətərdə yerləşən Əl-Cəzirə xəbər kanalının komandasına atəş açıb. Hücum zamanı kameraman Fadi əl-Vahidi yaralanıb. "Al Jazeera Arabic"dən Ənəs əl-Şərif açıqlamasında bildirib ki, yayım zamanı əl-Vahidi snayper tərəfindən boynundan yaralanıb.
Seymur BƏNNAYEV