"Ukraynadakı münaqişə ilə bağlı fürsət əldən verilib" - Stoltenberq

 09:27 10.10.2024     97

2014-cü ildən sonra Ukraynaya hərbi yardım edən NATO ölkələri silahlı münaqişənin qarşısını almış ola bilərdi.

Redaktor.az xəbər verir ki, bu fikri NATO-nun keçmiş baş katibi Yens Stoltenberq “Politico” nəşrinə müsahibəsində bildirib.

"Əgər 2022-ci ildən sonra təhvil verdiyimiz silahların heç olmasa bir hissəsini təhvil versəydik, əslində, hərbi münaqişənin qarşısını ala bilərdik", - alyansın keçmiş baş katibi deyib.

Nəşrin məlumatına görə, Stoltenberq 2014-cü il hadisələrindən sonra NATO ölkələrinin Ukrayna ətrafındakı vəziyyətə müdaxilə etməməsindən təəssüfləndiyini bildirib. Eyni zamanda, hərbi blokun keçmiş rəhbəri alyansdakı heç bir müttəfiqi tənqid etməyib, lakin Kiyevə kömək üçün daha çox iş görülə biləcəyini deyib.

Sevinc İBRAHİMZADƏ