Hərbi helikopter Yaponiyada məcburi eniş ETDİ
ABŞ hərbi helikopteri Yaponiyada məcburi eniş edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopter Kanaqava prefekturasına təcili eniş edib. Hadisə nəticəsində 3 nəfərlik ekipajdan heç kim xəsarət almayıb.
Yaponiyanın müdafiə naziri Gena Nakatani vəziyyəti belə şərh edib: "Amerika tərəfindən uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görməsini tələb edəcəyik".
Hadisə ilə bağlı digər təfərrüatlar, o cümlədən təcili enişin səbəbləri hələlik açıqlanmır.
Sevinc İBRAHİMZADƏ