BRİKS-ə üzv ölkələr üçün yeni vahid valyutanın yaradılacaq?
Bu gün BRİKS-ə üzv ölkələr üçün yeni vahid valyutanın yaradılması məsələsi gündəmdə deyil.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov “RT Arabic” telekanalına müsahibəsində bildirib.
O deyib ki, milli valyutalardan istifadə etməklə yeni ödəniş sisteminin hazırlanması zərurəti çox müzakirə olunur.
Nazir qeyd edib ki, bu gün ölkələrin milli valyutalardan, o cümlədən rəqəmsal maliyyə aktivlərindən istifadə edə biləcəyi alternativ maliyyə hesablaşma ödəniş sisteminin yaradılmasına böyük ehtiyac var. O xatırladıb ki, bu gün bir çox ölkələrin mərkəzi bankları öz rəqəmsal valyutalarını buraxırlar.
"Lakin onların yerləşdirilməsi və hesablanması problemi bizim vəzifəmizdir", - Siluanov deyib.
Sevinc İBRAHİMZADƏ