"Milton" qasırğası birinci kateqoriyaya çatdı
ABŞ-nin Florida ştatını vuran "Milton" qasırğası 5 ballıq Saffir-Simpson şkalası üzrə 1-ci kateqoriyaya qədər zəifləyib.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Milli Meteoroloji Xidməti məlumat yayıb.
Bildirilir ki, bu, fırtanın gücü üçüncü kateqoriyalı idi. Hazırda qasırğa Orlandonun cənubuna doğru tüğyan edir və 25 km/saat sürətlə şərqə doğru irəliləyir.
Oktyabrın 7-də ABŞ Prezidenti Co Bayden ştata yaxınlaşan qasırğa ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb və yerli hakimiyyət orqanlarına federal yardımın göstərilməsinə göstəriş verib.
Türkan İSGƏNDƏRLİ