İran İsrail müqavimət qüvvələrinə dəstək verəcək

 11:46 10.10.2024     76

İran İsrailə qarşı çıxan müqavimət qüvvələrinə siyasi və diplomatik bütün lazımi dəstəyi verəcək.

Redaktor.az xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.

“Bizim dəstəyimiz yalnız siyasi və diplomatik tədbirlərlə məhdudlaşmayacaq, nə olursa olsun, onlara ehtiyac duyduqları hər şeyi təmin edəcəyik”, - deyə nazir bildirib. 

Türkan İSGƏNDƏRLİ