İsrail ordusu Livandakı BMT qüvvələrini atəşə tutdu

 17:22 10.10.2024     93

İsrail Müdafiə Qüvvələri BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin sülhməramlılarını atəşə tutub.

Redaktor.az xəbər verir ki, bu barədə "UNIFIL" məlumat yayıb.

Məlumata görə, sülhməramlıların gizləndiyi bunkerə də atəş açılması nəticəsində 3 əsgər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri yüngül dəyərləndirilir. Bildirilir ki, İsrail ordusu BMT nümayəndələrinin nəqliyyat vasitələrinə və rabitə sistemlərinə də ziyan vurublar.

"İsrail ordusunun hərbçilərini və münaqişənin bütün tərəflərini BMT personalının və əmlakının təhlükəsizliyini təmin etməyə çağırırıq. Sülhməramlılara qarşı hər hansı qəsdən hücum beynəlxalq humanitar hüququn və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin ciddi şəkildə pozulmasıdır", - təşkilatın mətbuat xidməti qeyd edib.

Türkan İSGƏNDƏRLİ