İsrail Hizbullahın 110 hədəfinə hava zərbəsi endirib
İsrail Hərbi Hava Qüvvələri son sutka ərzində Livandakı şiə təşkilatı Hizbullaha bağlı 110-dan çox hədəfə zərbələr endirib.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Məlumata görə, vurulan hədəflər arasında Hizbullahın hərbi infrastrukturu, silah anbarları, müşahidə məntəqələri, yeraltı infrastrukturu və bir neçə silahlı birləşmə var.
Ötən gün də İsrail əsgərləri orada Hizbullahın silahlı tərəfdarları ilə döyüşlər apararaq, çoxlu sayda yaraqlı, yüzlərlə silah-sursat, o cümlədən İsrailin şimal bölgələrini hədəf alan tank əleyhinə raketlər və raket buraxılış qurğuları məhv edib.
Türkan İSGƏNDƏRLİ