Ukrayna Rusiya ilə atəşkəsə hazır deyil
Kiyev Qərbin təhlükəsizlik zəmanəti müqabilində mövcud döyüş xətti boyunca atəşkəs elan etməyə hazır deyil.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin bildirib.
“Bizim Ukraynanın ədalətli sülhə baxışını aydınlaşdıran “sülh formulumuz” var. Bu, Ukraynanın güclənməsinə dair tərəfdaşlarımızla davam edən danışıqlar üçün əsasdır. Bir neçə gün ərzində İngiltərə, Fransa, İtaliya və Almaniyaya təqdim olunacaq “qələbə planı” vəziyyəti “sülh formulunun” həyata keçirilməsinə yönəltmək üçün bir vasitədir”, - müşavir qeyd edib.
Türkan İSGƏNDƏRLİ