İsrail naziri fələstinli məhbuslara işgəncə verilməsini əmr etdi

 17:55 10.10.2024     168

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin özü fələstinli məhbuslara pis rəftar göstərilməsini şəxsən özü əmr edib.

Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin işğal olunmuş Fələstin əraziləri üzrə müstəqil beynəlxalq araşdırma komissiyasının hesabatında deyilir.

"Hesabat göstərdi ki, fələstinli məhbuslara qarşı institusional zorakılıq İsrailin islah işləri naziri İtamar Ben-Qvirin birbaşa əmri ilə həyata keçirilib", - sənəddə qeyd olunub.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi 2023-cü il oktyabrın 7-dən bəri ən azı 10 min fələstinlinin İsrail tərəfindən səbəbsiz olaraq həbs edildiyini bildirmişdi. BMT-nin məlumatına görə, onların əksəriyyəti işgəncələrə məruz qalıb, bəziləri isə zorlanıb. 

Sevinc İBRAHİMZADƏ