İsrail Livandan gələn iki PUA-nı məhv ETDİ

 19:52 10.10.2024     69

İsrail Hərbi Hava Qüvvələri bir saat ərzində Livan istiqamətindən gələn iki PUA-nı zərərsizləşdirib.

Redaktor.az xəbər verir ki, İsrailin ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hər iki PUA Yuxarı Qaliley bölgəsinə girməyə cəhd göstərib.

Bəzi rayonlarda hava həyəcanı siqnalı elan edilib. Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.