Beyrutun mərkəzində 2 partlayış baş VERDİ

 21:53 10.10.2024     82

İsrailin intensiv hücumlarına məruz qalan Livanın paytaxtı Beyrutun şəhər mərkəzində iki partlayış baş verib.

Redaktor.az xəbər verir ki, Beyrutun mərkəzində baş verən iki partlayışdan sonra ərazidən tüstü qalxmağa başlayıb.

Hücumdan sonra əraziyə çoxlu təcili yardım və yanğınsöndürmə briqadası yönəldilib.

 

Bölgədəki şahidlərin sözlərinə görə, hücumda hədəf alınan bina dağılıb, ətrafdakı evlərə və maşınlara da ziyan dəyib.

Seymur BƏNNAYEV