İsrailin Livana hücumları nəticəsində 3 nəfər ÖLDÜ

 21:55 10.10.2024     69

İsrailin Livanın cənubundakı Nəbatiyyə və şərqindəki Bekaa əyalətinin kənd ərazilərinə endirdiyi hava zərbələri nəticəsində 3 nəfər həyatını itirib.

Redaktor.az xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın məlumatına görə, İsrail döyüş təyyarələrinin Bekaa vilayətinin Suhmur qəsəbəsinə təşkil etdiyi hava hücumunda 2 nəfər həyatını itirib.

Bekaanın Meydun qəsəbəsinə edilən hava hücumu da evlərə ciddi ziyan vurub.

İsrailin Nəbatiyə şəhərinin Məyfədun qəsəbəsinə təşkil etdiyi hava hücumunda bir nəfər ölüb. Hücum nəticəsində qəsəbədəki bəzi evlərə böyük ziyan dəyib.

Seymur BƏNNAYEV