Süni intellekt təxminən 162 min virus növü aşkar EDİB

 22:18 10.10.2024     169

Alimlərin araşdırmaları nəticəsində süni intellekt texnologiyasından istifadə etməklə təxminən 162 min yeni virus növü aşkar edilib.

Redaktor.az xəbər verir ki, alimlər süni intellektə sayəsində virusların yeni növlərini kəşf ediblər.

Avstraliya və Çin alimlərinin birgə işi nəticəsində süni intellekt texnologiyası ilə təxminən 162 min yeni virus növü aşkar edilib.

Sidney Universitetinin internet saytında verilən açıqlamaya görə, Sidney Universiteti və Çin Milli Təbiət Elmləri Fondu da daxil olmaqla bir çox institutun tədqiqatçıları, süni üsullarla genetik materialı RNT (ribonuklein turşusu) olan 161 min 979 yeni virus növü aşkar ediblər.

Seymur BƏNNAYEV