Almaniya İsrailə silah tədarükünü ARTIRIR
Almaniya tezliklə İsrailə silah tədarükünü artıracaq.
Redaktor.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts deyib.
O bildirib ki, tədarükün əhəmiyyətli dərəcədə azalması müxalifətin Berlinin bunu qəsdən gecikdirməsi ilə bağlı ittihamlarına səbəb olub:
“Biz silah tədarük etməmək barədə qərar qəbul etməmişik. Silah tədarük etmişik və onları tədarük etməyə davam edəcəyik”.