Hizbullahın kəşfiyyat rəhbəri İsrailin Beyruta vurduğu zərbələrdən sağ çıxıb

 23:49 10.10.2024     73

İsrail Hərbi Hava Qüvvələrinin Beyruta endirdiyi zərbələrin hədəfində olduğu iddia edilən Livanın şiə Hizbullah hərəkatının kəşfiyyat xidmətinin rəhbəri Vəfik Səfa hücumdan sağ çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə hərəkatdakı mənbəyə istinadən "Al Mayadeen" telekanalı məlumat yayıb.

Onun məlumatına görə, “Vafiq Səfaya sui-qəsd uğursuz oldu, o, qaçıb”.

Turan İSMAYIL