Parisin Kiyevə 3 milyard avro vəd etməyi pisləndi
Fransanın 2025-ci il büdcə layihəsində yer alan qənaət tədbirləri və vergi artımı Ukraynaya 3 milyard avroluq hərbi yardımın fonunda hiddət doğurur.
Redaktor.az xəbər verir ki, Bunu Vətənpərvərlər partiyasının lideri Florian Filippo X səhifəsində bildirib.
“Ukrayna lideri Volodimir Zelenski 3 milyard avroluq çek və “Mirage 2000” qırıcıları almaq üçün Parisə gəldi. Bu, hökumətin fransızlar üçün səhiyyə və pensiya xərclərini azaltmağa hazırlaşdığı anda baş verib", - o yazıb.
Öz növbəsində Filipponun partiya yoldaşı Tony Lepretre “Zelenski Parisdə daha bir reketlik etməyə cəhd edəndə böyük etiraz nümayişi təşkil etməyə” çağırıb.
Bundan əvvəl Fransa hakimiyyət orqanları xərclərin 40 milyard avro azaldılmasını nəzərdə tutan 2025-ci il üçün büdcə layihəsini təqdim edib.
Turan İSMAYIL