İsraildə amerikalı jurnalist həbs EDİLDİ

 08:51 11.10.2024     86

İsrail polisi 28 yaşlı Amerikalı jurnalisti Ceremi Loffredonu milli təhlükəsizliyə təhdid etməkdə şübhəli bilinərək həbs edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

İddialara görə, müxbir İran raketlərinin İsraildəki hədəfləri vurduğunu bildirdikdən sonra həbs edilib. Məlumata görə, İran ölkənin mərkəzində yerləşən kəşfiyyat bazasına, eləcə də Nevatim aviabazasına hücum edib.

Qeyd olunur ki, jurnalist reportajında ​​İsrail ordusunun Qəzza zolağına hücumlar üçün Nevatim bazasından istifadə etdiyini vurğulayıb.

Loffredo əlavə edib ki, bazada İsrailin baş naziri Binyamin Netanyahunun istifadə etdiyi özəl hökumət təyyarəsi yerləşir.

Bundan əvvəl İsraildə sağçı etirazçılar fələstinli məhbusu təhqir etməkdə şübhəli bilinən 9 İsrail əsgərinin həbsindən sonra hərbi bazaya basqın ediblər.

İsrail polisinin məlumatına görə, bazanı ələ keçirən etirazçılar bir neçə dəqiqə ərzində dağıdılıb.