Blinken Çinin fəaliyyətindən narahat olduğunu dilə gətirdi
ABŞ dövlət katibi Entoni Blinken Cənub-Şərqi Asiya liderlərinə bildirib ki, Vaşinqton Çinin Cənubi Çin dənizində getdikcə təhlükəli və qeyri-qanuni fəaliyyətindən narahatdır.
Redaktor.az xəbər verir ki, onun sözlərini "Associated Press" agentliyi sitat gətirib.
"Biz Çinin Cənubi Çin dənizində insanlara xəsarət yetirən, ASEAN (Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası) gəmilərinə zərər vuran və mübahisələrin sülh yolu ilə həlli ilə bağlı öhdəliklərini pozan getdikcə daha təhlükəli və qeyri-qanuni fəaliyyətindən ciddi şəkildə narahatıq", - Blinken deyib.
Bundan əlavə, o, Tayvan boğazında sabitliyi qorumaq üçün ümumi qərarın saxlanmasının vacibliyini qeyd edib.
Sevinc İBRAHİMZADƏ