Ermənistanda nazir müavini istefa VERDİ

 09:44 11.10.2024     147

Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan tutduğu vəzifədən istefa verib.

Redaktor.az xəbər verir ki, məlumatı “Sputnik Ermənistan” yayıb.

Vardanyan bu vəzifəni 2018-ci ilin iyun ayından tuturdu və əvvəllər Ermənistanın Elektrik Şəbəkələri, Tashir Group və Yüksək Gərginlikli Elektrik Şəbəkələri şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

Qeyd edək ki, bir gün əvvəl Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının sədri Qaregin Baqramyanın da istefa verdiyi məlum olmuşdu.

Bu günlərdə Ermənistan parlamentində elektrik təchizatı ilə bağlı dinləmələr keçirilib və bu, bu sektora cavabdeh olan şəxslər kəskin tənqidə məruz qalıb.