Putin Aşqabadda iş proqramına başladı

 09:51 11.10.2024     59

Türkmənistana gələn Rusiya prezidenti Vladimir Putin iş proqramına Aşqabadda başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya liderinin Türkmənistan Ticarət və Sənaye Palatasına (TSP) gəldiyi açıqlanıb. Onu prezident Sərdar Berdiməhəmmədov qarşılayıb. Rusiya dövlət başçısı Aşqabadda türkmən şairi və mütəfəkkiri Məhtumqulu Fərəqunun anadan olmasının 300 illiyinə həsr olunmuş “Zaman və sivilizasiyalararası münasibət – sülhün və inkişafın əsası” adlı beynəlxalq forumda iştirak edəcək.

Berdiməhəmmədovun açacağı forumun Baş Assambleyasında Rusiya prezidentinin çıxışı gözlənilir. Foruma İran, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Tacikistan, Pakistan prezidentləri və Türkiyə Böyük Millət Məclisinin sədrinin də qatılacağı planlaşdırılır.

Sevinc İBRAHİMZADƏ