Canlı efirdə aparıcının burnundan qan axdı - VİDEO
Türkiyədə canlı yayımda aparıcı Cem Öğretirin burnundan qan axıb.
Redaktor.az xəbər verir ki, həmin vaxt Cem həmkarı Esra Erolun verilişinə bağlanıb. Ona məlumatları çatdırarkən qəfildən burnu qanamağa başlayıb.
![]()
Aparıcı əvvəl bunun beynindən axan su olduğunu zənn edib. Daha sonra burnundan axan qan çoxalıb və Esra Erol təlaşlanaraq aparıcıya bu barədə bildirib.
![]()
Yaşananlardan sonra Cem Öğretir canlı yayımdan çıxarılaraq, xəstəxanaya yerləşdirilib.
Aparıcının həyat yoldaşı Seda Öğretir onun səhhəti ilə bağlı mətbuata açıqlama verib. Cemin səhhətinin hazırda yaxşı olduğunu bildirib:
"Səhərə qədər burun qanaması dayanmadı. Hazırda Cem yaxşıdı... Səhərə qədər xəstəxanada idik. İndi evə gəldik. Beyininə qan sızmasından şübhələnirdilər. Amma şükürlər olsun ki, beyin tomoqrafiyası ( MRT) təmiz çıxdı. Cemi 25 ildir tanıyıram ilk dəfə burnunun qanadığını görürəm".
Xatırladaq ki, Cem Öğretir Türkiyənin ATV xəbər aparıcısıdır (bakuws).












