Qərb sanksiyalarının təsirini bu yolla azaltmaq olar

 11:14 11.10.2024     176

BRİKS ölkələri müstəqil ödəniş sistemi yarada bilsələr, o zaman onun köməyi ilə Qərb sanksiyalarının mənfi təsirini azaltmaq mümkün olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “Trusted Interaction Technologies” Səlahiyyət Mərkəzinin direktor müavini Ruslan Permyakov bildirib.

Onun fikrincə, bu alət kifayət qədər irimiqyaslı və eyni zamanda kənar audit üçün qapalı olmalıdır.

Bundan əlavə, belə bir ödəniş sisteminin fəaliyyətinə mane ola biləcək risklər var. Məsələn, iştirakçılar arasında etibarın olmaması, mövcud sistemlərlə uyğunluğun qurulması, texnoloji çətinliklər, həmçinin kiberhücumlar.

Türkan İSGƏNDƏRLİ