Almanlar Şoltsun Putinlə danışmasını istəyirlər
Almanların əksəriyyəti Almaniyanın hazırkı kansleri Olaf Şoltsun Rusiya prezidenti Vladimir Putinlə yenidən görüşməsinin tərəfdarıdır.
Redaktor.az xəbər verir ki, bu barədə "YouGov" məlumat yayıb.
Araşdırmaya görə, respondentlərin 59 faizi iki liderin telefon danışığına tərəfdardır. 26 faiz hadisələrin bu inkişafının əleyhinə olub, 15 faiz isə bu məsələ ilə bağlı qəti fikir bildirməyib.
Qeyd edək ki, oktyabrın 1-də “Die Zeit” qəzeti Almaniya hökumətindəki mənbələrə istinadən yazıb ki, Almaniya kansleri Rusiya liderinə zəng etmək istəyir. Eyni zamanda, sentyabrda Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreit bildirmişdi ki, Olaf Şolts Vladimir Putinlə ancaq “doğru anı görsə” danışa bilər.
Bununla bağlı Dmitri Peskov bəyan edib ki, Almaniya rəsmiləri Almaniya kansleri Olaf Şoltsa Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı üçün Rusiya Federasiyasına sorğu göndərməyib.
Sevinc İBRAHİMZADƏ