Ermənistanın sabiq Baş Qərargah rəisi Baş Prokurorluğa ÇAĞIRILDI

 11:39 11.10.2024     170

Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Artak Davtyan Baş Prokurorluğa çağırılıb.

Redaktor.az Ermənistan mediasına istinadla xəbər verir ki, sabiq Baş Qərargah rəisi qanunsuz əmlakla bağlı oktyabrın 18-də Baş Prokurorluqda olmalıdır.

Qeyd edək ki, Davtyan iki dəfə — 2018-2020-ci illərdə, eləcə də 2021-2022-ci illərdə Baş Qərargah rəisi vəzifəsində çalışıb. O, həmçinin keçmiş müdafiə naziri David Tonoyan və başqaları ilə birlikdə silah-sursat tədarükü zamanı sui-istifadə halları ilə bağlı ittiham olunur.