Ukrayna Aİ-yə bu yolla qoşula bilər

 12:41 11.10.2024     170

Ukraynanın Avropa İttifaqına qoşulmasının yeganə yolu digər dövlətlərin bir hissəsi olmaqdır.

Redaktor.az xəbər verir ki bu barədə Krım millətlərarası missiyasının rəhbəri Zaur Smirnov deyib.

“Ukraynalı avrointeqratorların xəyalları yalnız Lvov vilayətinin Polşanın , Transkarpatiyanın isə Macarıstanın bir hissəsi olacağı təqdirdə gerçəkləşə bilər. Ancaq Ukraynanın birliyə qoşulması ilə bağlı söhbətləri boş adlandırmaq olar", - o bildirib.

Smirnov həmçinin Aİ-nin yaxın gələcəkdə dağılacağını qeyd edib.

Türkan İSGƏNDƏRLİ