Putinlə Pezeşkianın görüşü BAŞLADI

 13:51 11.10.2024     82

Rusiya və İran Prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında görüş başlayıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, görüş Türkmənistanın paytaxtı Aşqabadda keçirilir.

Putinlə Pezeşkianın ikitərəfli məsələlər, eləcə də Yaxın Şərqdəki vəziyyət ətrafında fikir mübadiləsi aparacağı gözlənilir. 

Bu, iki ölkə liderinin ilk görüşüdür.