Putin və Ərdoğan bu tarixdə görüşəcək - AÇIQLAMA
Rusiya prezidenti Vladimir Putin Aşqabadda Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla ayaqüstü söhbət edib.
Redaktor.az xəbər verir ki, Putin söhbət zamanı tezliklə Kazanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş keçirəcəyini təsdiqləyib.
Məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Putin Türkiyə Böyük Millət Məclisinin sədri ilə ayaqüstə söhbət etdi. Bu yaxınlarda Moskvada baş tutan söhbətlərin davamı olaraq qısaca fikir mübadiləsi aparıldı. Putin bir həftə sonra Kazanda prezident Ərdoğanla ikitərəfli görüş gözlədiyini söylədi”, - Peskov jurnalistlərə deyib.
Qeyd edək ki, 22-24 oktyabr tarixlərində Kazanda BRİKS sammiti keçirləcək. Həmin sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.