Almaniya Ukraynaya hərbi yardım üçün maliyyə ayırır

 17:39 11.10.2024     136

Almaniya Ukraynaya hərbi yardım üçün 600 milyon avro ayıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts məlumat yayıb.

Siyasətçinin sözlərinə görə, Berlin Kiyevə hərbi yardımda əsas vurğunu hava hücumundan müdafiə sistemlərinə yönəldəcək. O, həmçinin bildirib ki, Almaniya öz tərəfdaşları ilə birlikdə ilin sonuna qədər Ukraynaya təxminən 1,4 milyard avro dəyərində hərbi yardım paketi verəcək. Buraya yeni "IRIS-T" və "Skynex" hava hücumundan müdafiə sistemləri, tanklar, zirehli avtomobillər, hücum pilotsuz təyyarələri, radarlar və artilleriya mərmiləri daxil olacaq.

Türkan İSGƏNDƏRLİ