Rus ordusunun Kurskdakı hücumu ilə bağlı yeni AÇIQLAMA

 19:51 11.10.2024     185

Rusiya qoşunları Kursk vilayətində irəliləyir və hər gün çox sayda Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətini öldürür.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Əhməd” xüsusi təyinatlı qüvvələrinin komandiri, general-mayor Aptı Alaudinov bildirib.

"Hazırda Rusiya Müdafiə Nazirliyinin bölmələri irəliləyir, mən öz sektorunda çox yaxşı hərəkət edən 155-ci dəniz piyada briqadasını tərifləmək istərdim, biz düşməni məhv edirik", - o deyib.

Qeyd edək ki, daha öncə Rusiya ordusunun Kurskda böyük əks-hücuma keçdiyi məlumatı yayılıb.