Ərdoğandan çox şey öyrənirəm - Vuçiç

 20:26 11.10.2024     88

Serbiya Prezidenti Aleksandar Vuçiç Türkiyənin Balkanlarda ən böyük gücə və rola malik ölkə olduğunu, ona görə də sülh və sabitlik proseslərində Türkiyənin dəstəyini gözlədiklərini deyib.

Redaktor.az xəbər verir ki,  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Vuçiç Serbiyanın paytaxtı Belqradda Serb sarayında baş tutan təkbətək görüş və Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 4-cü iclası və müqavilələrin imzalanması mərasimindən sonra birgə mətbuat konfransı keçirib.

Ərdoğanın səfərinin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini bildirən Vuçiç Ərdoğanla bir çox mövzuları müzakirə etdiklərini söyləyib.

Vuçiç iki ölkənin Avropa Birliyinə (AB) üzvlük proseslərini də dəyərləndirdiyinə diqqət çəkərək deyib: "Mən hər zaman Ərdoğandan çox şey öyrənirəm. Görüşlərimizin Serbiya və Serb xalqına da fayda verəcəyini düşünürəm".

Seymur BƏNNAYEV