Mədəniyyət mərkəzinə hücumla bağlı İsraildən açıqlama gözləyirik - Almaniya XİN

 22:52 11.10.2024     192

Almaniya Xarici İşlər Nazirliyi Livanda Almaniyanın dəstəklədiyi Dar əs-Salam mədəniyyət mərkəzinə 6 nəfərin ölümü ilə nəticələnən hava hücumu ilə bağlı İsraildən açıqlama istəyir.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin X səhifəsində yerləşdirilən bəyanatda deyilir.

"Biz bu məsələ ilə bağlı İsrail hökuməti ilə əlaqə saxlayırıq və tam aydınlıq gözləyirik", - XİN bildirib.

Qeyd edək ki, sentyabrın 23-də İsrail Livanda “Hizbullah” qüvvələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb.

Turan İSMAYIL