İsrailin mərkəzinə PUA hücumu - sirenlər səsləndi

 23:15 11.10.2024     90

İsrail hərbçiləri ölkənin mərkəzi hissəsində səmada pilotsuz təyyarələrinin (PUA) hücumunu qeydə alıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Düşmən təyyarəsinin sızması ilə əlaqədar İsrailin bir sıra mərkəzi bölgələrində hava hücumu sirenləri səslənib. Təfərrüatlar dəqiqləşdirilir", - ordudan bildiriblər.

Turan İSMAYIL