Nüvə silahları bəşəriyyət üçün təhlükə yaratmaqda davam edir - Quterreş

 23:23 11.10.2024     173

Nüvə silahları bəşəriyyət üçün təhlükə yaratmağa davam edir.

Redaktor.az xəbər verir ki, Quterreş bu sözləri 2024-cü il Nobel Sülh Mükafatını alan "Nihon Hidankyo" təşkilatı ilə bağlı açıqlamasında deyib.

Quterreş Yaponiyada “hibakuşa” kimi tanınan Xirosima və Naqasakiyə atılan atom bombalarından sağ çıxanların təşkil etdiyi “Nihon Hidankyo” təşkilatını 2024-cü il Nobel Sülh Mükafatını alması münasibətilə təbrik edib.

“Nüvə silahları bəşəriyyət üçün təhlükə yaratmaqda davam edir”, - deyərək xəbərdarlıq edən baş katib qeyd edib ki, dünya liderləri indi görməlidirlər ki, nüvə silahı müdafiə və təhlükəsizlik olmadan yalnız “ölüm” alətidir.

Quterreş bəyan edib ki, nüvə silahı təhlükəsini aradan qaldırmağın yeganə yolu bu silahları tamamilə məhv etməkdir.

Seymur BƏNNAYEV