ABŞ İran neftinin ticarətinə görə 16 şirkət və 23 tankerə qarşı sanksiya tətbiq etdi

 23:32 11.10.2024     203

Amerika administrasiyası İran neftinin ticarəti və daşınması ilə məşğul olubları versiyasına görə, 16 hüquqi şəxs və 23 tankeri sanksiya siyahısına əlavə edib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dövlət katibi Entoni Blinkenin adından yaydığı bəyanatında deyilir.

Blinken qeyd edib ki, məhdudiyyətlərin məqsədi İran hakimiyyətinin nüvə proqramını və raket inkişafını maliyyələşdirmək üçün istifadə etdiyi gəlir axınını pozmaqdır. Həmçinin Yaxın Şərqdə münaqişələri qızışdırdığı iddia edilir.

“Eyni zamanda, Maliyyə Nazirliyi Dövlət Departamenti ilə koordinasiyalı olaraq, İran iqtisadiyyatının neft və ya neft-kimya sektorunda iştirak edən hər kəsə qarşı sanksiyalara səbəb olacaq fərman verir”, - Blinken əlavə edib.

ABŞ Maliyyə Nazirliyinin yaydığı sənədlərə əsasən, Çin, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Panama, Liberiya, Surinam və Marşal adalarından olan şirkətlərə qarşı sanksiyalar tətbiq edilib. Amerikanın qara siyahısına Malayziya, Barbados, Beliz, Kamerun, Kuk adaları, Palau, Panama, Sent Kitts və Nevis, Sao Tome və Prinsipi və Esvatini bayraqları ilə üzən gəmilər daxil edilib.

Turan İSMAYIL