"Mən heç vaxt İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyəm" - Harris yəhudilərə söz verdi
Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris seçkidə qalib gələrsə, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün lazımi addımları atmaq niyyətindədir.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə ABŞ-nin yəhudi icmasını təmsil edən seçicilərlə konfrans zamanı bildirib.
Harris seçkidə qalib gəlsə, İranın nüvə silahı əldə etməməsi üçün hər şeyi edəcək.
Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris seçkidə qalib gələrsə, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün lazımi addımları atmaq niyyətindədir. O, bu barədə ABŞ-ın yəhudi icmasını təmsil edən seçicilərlə konfrans zamanı bildirib.
"Səhv etməyin: Prezident kimi mən Amerika qüvvələrini və maraqlarını İrandan və İranın dəstəklədiyi terrorçulardan qorumaq üçün lazım olan hər hansı addımı atmaqdan heç vaxt çəkinməyəcəyəm. Mən heç vaxt İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyəm. Buna nail olmağın yolu diplomatiyadır. Bununla belə, bütün variantlar nəzərdən keçirilir”, - Harris deyib. Onun sözlərini Ağ Evin mətbuat xidməti yayıb.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Respublikaçı Donald Tramp və Demokrat Kamala Harris prezidentlik uğrunda mübarizə aparacaqlar.
Turan İSMAYIL