Xaçaturyan Qazaxıstana GEDİR

 12:00 12.10.2024     64

Ermənistan prezidenti Vaaqn Xaçaturyan oktyabrın 15-də Qazaxıstana səfər edəcək.

Redaktor.az “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, onu bu ölkəyə Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev dəvət edib.

Səfər çərçivəsində siyasi, ticari-iqtisadi, eləcə də humanitar sahələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.

Tərəflər həmçinin beynəlxalq gündəmin aktual məsələlərini də nəzərdən keçirəcək.