ABŞ İrana xəbərdarlıq ETDİ

 13:12 12.10.2024     65

ABŞ Prezidenti Co Bayden Ağ Evə İran hakimiyyətinə respublikaçıların ən yüksək hökumət postuna namizədi Donald Trampa, eləcə də keçmiş amerikalı məmurlara qarşı planlar qurmağı dayandırmaq barədə xəbərdarlıq etməyi tapşırıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Politiko" nəşri məlumat yayıb.

Məqalədə Trampa qarşı istənilən sui-qəsdin müharibə aktı kimi qiymətləndiriləcəyi bildirilib.

Nəşr həmçinin keçmiş dövlət katibi Mayk Pompeo, keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton və ABŞ-ın İran üzrə keçmiş xüsusi nümayəndəsi Brayan Hukun İran tərəfindən hədəf alındığını yazıb.