Qəzzada yaralananların sayı 98 mini ötdü

 14:26 12.10.2024     117

İsrail və HƏMAS qruplaşması arasında oktyabrın 7-dən etibarən Qəzza zolağında davam edən döyüşlərdə ölənlərin sayı son 24 saatda 49 nəfər artaraq 42 min 175 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Xidməti məlumat yayıb.

Müharibə nəticəsində yaralananların sayı isə 219 nəfər artaraq 98 336-ya yüksəlib.