Təyyarələrə bəzi elektron cihazların keçirilməsi YASAQLANDI
İran təyyarələrin göyərtəsinə mobil telefonlar istisna olmaqla elektron informasiya mübadiləsi cihazları keçirilməsinə qadağa qoyub.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cafer Yazerlu açıqlama verib.
O qeyd edib ki, qərar həmçinin təyyarə ilə daşınan yükləri də əhatə edir.
C.Yazerlu sərnişinləri bu qərara əməl etməyə çağırıb.