Qroznıda partlayış oldu, ikisi uşaq olmaqla, 4 nəfər ÖLDÜ

 17:18 12.10.2024     105

Çeçenistanın paytaxtı Qroznı şəhərində yanacaqdoldurma stansiyasında partlayışda 4 nəfər ölüb.

Redaktor.az Rusiya teleqram kanallarına istinadən xəbər verir ki, qaz sisterninin partlaması nəticəsində ölənlərdən ikisi uşaqdır (5 və 6 yaşında).

Ölənlərin şəxsiyyəti hələlik məlum deyil. Onların hamısının bir ailənin üzvü olub-olmadıqları da bilinmir.

Hadisə barədə hələlik rəsmi məlumat açıqlanmayıb.