Polşa onlara sığınacaq verilməsini dayandıracaq - Tusk
Polşa sığınacaq vermək hüququnu müvəqqəti olaraq dayandırmaq niyyətindədir.
Redaktor.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.
O qeyd edib ki, bu, onun yeni miqrasiya strategiyasının bir hissəsi olacaq:
"Mən bu qərarın Avropada tanınmasını tələb edəcəm".
Tusk bildirib ki, hakimiyyət Polşaya və Avropa Birliyinə kimin daxil olacağına tam nəzarəti qaytarmalıdır:
"Biz Polşaya qeyri-qanuni miqrasiyanı minimuma endirəcəyik".