İsrail ordusu son 24 saatda 49 fələstinlini qətlə YETİRİB

 21:19 12.10.2024     192

İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağında həyata keçirdiyi hücumlarda 49 nəfərin öldüyü, 219 nəfərin yaralandığı bildirilib.

Redaktor.az xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağında 372 gündür fasiləsiz olaraq həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağında son 24 saatda həyata keçirdiyi 5 qırğında 49 nəfərin öldüyü, 219 nəfərin yaralandığı bildirilib.

Seymur BƏNNAYEV