Çeçenistanda yanacaqdoldurma məntəqəsində partlayış: 4 nəfər öldü

 21:28 12.10.2024     92

Çeçenistanda yanacaqdoldurma məntəqəsində baş verən partlayışda 2-si uşaq olmaqla 4 nəfər həyatını itirib.

Redaktor.az xəbər verir ki, Çeçenistanın paytaxtı Qroznıda axşam saatlarında yanacaqdoldurma məntəqəsində baş verib.

Yaralılar ətrafdakı xəstəxanalara aparılıb. Partlayış nəticəsində obyektdən uçan parçalar çox sayda ev və avtomobilə ziyan vurub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, partlayış stansiyanın anbarında yaranan tıxac səbəbindən baş verib.

Partlayışdan sonra 900 kvadratmetr əraziyə yayılan yanğın əraziyə ezam olunmuş yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.

Qroznı Baş Prokurorluğu hadisə ilə bağlı araşdırma başlandığını açıqlayıb.

Seymur BƏNNAYEV