İsrail Livanda daha 26 nəfəri ÖLDÜRDÜ

 21:40 12.10.2024     56

İsrail ordusunun Livana son 24 saatda həyata keçirdiyi hücumlarda 26 nəfər ölüb, 144 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail ordusunun 8 oktyabr 2023-cü il tarixindən etibarən həyata keçirdiyi və son zamanlar intensivliyini artırdığı hücumlarla bağlı məlumat verilib.

İsrail ordusunun Livana, əsasən də cənub bölgələrinə təşkil etdiyi hava hücumlarında son 24 saatda daha 26 nəfərin həyatını itirdiyi, 144 nəfərin isə yaralandığı bildirilib.

Seymur BƏNNAYEV