Nobel Sülh Mükafatçısı Mimaki: Mükafatı Qəzzada çalışan insanlar almalı idi
Nobel Sülh Mükafatının verildiyi Yaponiya Anti-nüvə Silahı Təşkilatı "Nihon Hidankyo"nun həmsədri Toşiyiku Mimaki bu mükafatı Qəzzada çalışan insanların almalı olduğunu, eyni ilə 80 il əvvəl Yaponiyada olduğu kimi Qəzzada qan içində qalan uşaqları valideynlərin daşıdığını deyib.
Redaktor.az xəbər verir ki, 2024-cü il Nobel Sülh Mükafatı Norveç Nobel Komitəsi tərəfindən Yaponiyanın Xirosima və Naqasakiyə atılan atom bombalarından sağ çıxanların yaratdığı "Nihon Hidankyo" təşkilatına nüvə silahlarından azad bir dünya üçün göstərdikləri səylərə görə verilib.
Hibakuşa kimi tanınan Xirosima və Naqasakidən olan atom bombasından sağ qalanların təşkil etdiyi bu kütləvi hərəkat, nüvə silahlarından azad bir dünyaya nail olmaq səylərinə və nüvə silahlarının bir daha heç vaxt istifadə edilməməsinin şəhadətinə görə sülh mükafatına layiq görülüb.
Seymur BƏNNAYEV