İsrail Qəzzada bomba yüklü robotlardan istifadə EDİR
Qəzza zolağının şimalında 7 gündür davam edən quru hücumlarında İsrail ordusunun bomba yüklü robotlardan istifadə etdiyi bildirilib.
Redaktor.az xəbər verir ki, anonim təhlükəsizlik mənbəsindən alınan məlumata görə, soyqırım törədən İsrail ordusu Cibaliya Qaçqınlar Düşərgəsində quru hücumlarında daha çox can və mal itkisinə səbəb olmaq üçün partlayıcı yüklü robotlardan istifadə edib.
Bu robotların istifadəsi nəticəsində Cibaliya Qaçqınlar Düşərgəsinin qərbindəki Əl-Faluca rayonunda 2 gün əvvəl bir neçə evdən ibarət yaşayış sahəsi tamamilə dağıdılıb.
Sözügedən mənbə bomba yüklü robotların evlər arasında hərəkət etdiyini, İsrail ordusu tərəfindən uzaqdan idarə edildiyini və partlayışın yenidən uzaqdan idarəetmə ilə və ya Fələstin müqavimət qruplarının hədəf alması nəticəsində baş verdiyini qeyd edib.
Seymur BƏNNAYEV