Rusiya və İran bu ölkəyə kömək etməlidir - Ərdoğan

 10:45 13.10.2024     97

Rusiya və İran Suriyaya İsraildən gələn hərbi təhdidlərin qarşısını almaq üçün daha çox kömək etməlidir.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Suriyanın ərazi bütövlüyünə təhlükə yaradan bu problemi həll etmək üçün Rusiya, İran və Suriyanın özünün daha təsirli tədbirlər görməsi son dərəcə vacibdir”, - Ərdoğan bildirib.