963-cü gün: Rusiyanın itkiləri yeniləndi

 10:58 13.10.2024     66

Ukrayna müharibənin 963-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 668 930 hərbçi, 8 971 ədəd tank, 17 876 ədəd zirehli döyüş maşını, 19 410 ədəd artilleriya sistemi, 1 231 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 978 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 26 584 ədəd avtomobil texnikası, 16 992 ədəd PUA, 2 619 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 435 xüsusi avadanlıq itirib.