İraq və Suriyanın şimalında 4 terrorçu ÖLDÜRÜLDÜ

 14:59 13.10.2024     107

İraq və Suriyanın şimalında 4 terrorçu öldürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələri terror və terrorçuluqla mübarizəni bütün gücü ilə davam etdirir.

"Qəhrəman Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı Fırat Qalxanı bölgəsində aşkar etdiyi 2 PKK/YPG-li terrorçu və İraqın şimalındakı Pençe-Kilit bölgəsində müəyyən etdiyi 2 PKK-lı terrorçu zərərsizləşdirib", - məlumatda vurğulanıb.